01 fevral 2023, 15:00

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşması həm ölkədə sabitliyə, həm də davamlı inkişafa təminatdır. Siz, bununla əlaqədar davamlı tədbirlər həyata keçirir, mühüm fərman və sərəncamlar imzalayırsınız. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında 2023-cü il 5 yanvar tarixli Sərəncamınız bizim ailəyə də şamil olundu. Aztəminatlı ailəmiz üçün bunun əhəmiyyəti çox böyükdür.

Bir gənc olaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün gördüyünüz işlərə görə Sizə çox təşəkkür edirəm.

Tanrı Sizi və ailənizi qorusun, cənab Prezident.

Hörmətlə,

Şərifov Fərid

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.