02 fevral 2023, 13:18
Ədalət İsgəndərovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə respublikamızın hər bir bölgəsində görülən işlər vətəndaşlarımız tərəfindən dərin minnətdarlıqla qarşılanır. Regionlarımızın inkişafını görəndə biz sakinlər böyük qürur hissi keçiririk. Sizin səfərləriniz bölgələrimizə yeni nəfəs, həyat verir. Cəlilabad rayonu da digər rayonlarımız kimi gündən-günə gözəlləşir, inkişaf edir.
Cənab Prezident, bütün bunlara görə rayon sakinləri adından Sizə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkəmiz naminə gələcək işlərinizdə uğurlar arzu edirəm.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
İsgəndərov Ədalət
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Dələli kəndi.