02 fevral 2023, 15:26
Pakizə Musayevadan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin apardığınız uğurlu daxili siyasət sayəsində bu gün ölkəmiz sabitlik adasına çevrilmişdir. Respublikamızda bütün sahələrdə gedən inkişaf bölgələrimizin timsalında da özünü bariz şəkildə göstərir.
Bu gün beynəlxalq miqyasda dövlətimizin nüfuzu daha da artır və bu, Sizin yürütdüyünüz uzaqgörən xarici siyasətin nəticəsidir.
Cənab Prezident, Sizə dövlətimizin daha da qüdrətlənməsi, inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Musayeva Pakizə
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Göytəpə şəhəri.