02 fevral 2023, 18:00
Aynurə Mirzəliyevadan, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün imzaladığınız fərman və sərəncamlarla şəhid ailələrini də daim diqqətdə saxlayırsınız. Şəhid ailələri üçün sosial ödənişlərin artırılması ilə bağlı bu yaxınlarda imzaladığınız fərman və sərəncamlar bizə göstərdiyiniz diqqət və qayğının daha bir nümunəsidir. Sizə təşəkkür edirik.
Cənab Prezident, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış oğulların anaları olaraq bundan sonra da atdığınız hər addımda Sizinləyik.
Sizə cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.
Allah Sizi qorusun!
Hörmətlə,
Mirzəliyeva Aynurə
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.