03 fevral 2023, 16:40

Rəcəb Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycan xalqının sosial rifahının yaxşılaşması və ölkəmizin daha da inkişaf etməsi üçün böyük islahatlar həyata keçirirsiniz. Elə bu ilin əvvəlində, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında verdiyiniz Sərəncam da bunun bariz nümunəsidir.

Bütün bunlardan tələbə olaraq həm mən, həm də aztəminatlı ailəm yararlanmaqdayıq. Bizim ailəyə ötən ildən ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bunların hamısı Sizin vətəndaşların qayğısına qalmağınızın göstəricisidir.

Cənab Prezident, Sizə və Mehriban xanım Əliyevaya ailəmiz adından təşəkkürümü bildirirəm.

Yaxşı ki, varsınız!

Allah Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

Əliyev Rəcəb, tələbə, aztəminatlı ailənin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.