08 sentyabr 2012, 15:30

Şamil Seyidlidən, Ağcabədi rayonu, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Milli Ordumuzun zabiti Ramil Səfərovun ekstradisiyasına nail olaraq azadlığa buraxmağınız hər bir azərbaycanlıda böyük sevinc hissi, iftixar duyğusu doğurmuşdur. Dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar bir daha əmin oldular ki, onların hüquqlarını qoruyan dövləti, müşkülə düşəndə imdadına yetişən Prezidenti vardır. Bu diqqətə görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Şamil Seyidli

Azərbaycan Respublikası, Ağcabədi rayonu.