03 fevral 2023, 19:00

Ellada Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndərimiz Heydər Əliyevin biz gənclərə ən böyük hədiyyələrindən biri olan 2 Fevral – Gənclər Gününün təsis edilməsinin 26-cı ilini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi qeyd edirik.

Cənab Prezident, gənclərin mənəvi inkişafı, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətinizin nəticəsidir. Bu qayğını yüksək dəyərləndirir, göstərdiyiniz dəstəyə görə çox təşəkkür edirik.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əliyeva Ellada Mürvət qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.