08 sentyabr 2012, 15:35

Hacı Məhərrəm Kazımlıdan, Biləsuvar, Azərbaycan

Əziz və möhtərəm Prezidentimiz!

Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilərək əfv olunması xəbərini bütün Azərbaycan xalqı bayram edir. Bu, Sizin dövlət başçısı və Ali Baş Komandan kimi uzaqgörən siyasətinizin qələbəsidir. Biz, Biləsuvar rayonunda yaşayan çoxsaylı ağsaqqallar Sizin bu müdrik siyasətinizi ürəkdən alqışlayır, Ulu Tanrıdan Sizə uzun ömür, səadət və xoşbəxtlik arzulayırıq.

İnanırıq ki, Sizin rəhbərliyiniz altında torpaqlarımızın işğaldan azad olunacağı günə çox qalmayıb. Həmişə Sizinləyik və daim Sizi dəstəkləyəcəyik. Uca Tanrı Sizi qorusun!

Rayon ağsaqqalları adından hörmətlə,

Hacı Məhərrəm Kazımlı

Azərbaycan Respublikası, Biləsuvar rayonu.