İlham Əliyev Konqonun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

07 fevral 2023, 11:24
İlham Əliyev Konqonun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Səfir David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd etdi və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılmasının vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyini vurğuladı.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin sədrlik müddətinin uzadılmasına göstərdiyi dəstəyə və etimada görə Konqo tərəfinə təşəkkürünü ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində sədr dövlət kimi fəaliyyət göstərdiyini diqqətə çatdırdı, ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcəyini bildirdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxundu, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirdi. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxundu. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd etdi.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən səfir ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəal iş apardığını, Konqonun Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəklədiyini bildirdi. David Maduka Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirdi. Səfir Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd etdi.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34