10 fevral 2023, 18:00
Mahir Məmmədovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstəklə bağlı verdiyiniz tapşırığa görə Sizə Xüsusi Təyinatlı qazilər adından minnətdarlığımızı bildiririk.
Allah Sizin kölgənizi dövlətimizin, xalqımızın başı üzərindən əskik etməsin, Sizi bu yolda daha da müvəffəq etsin. Böyük Azərbaycan naminə Tanrı Sizi daim ucaltsın. Qürur duyduğumuz, fəxr etdiyimiz Liderimiz, hər zaman əmrinizdəyik.
Hörmətlə,
Mahir Məmmədov
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.