09 fevral 2023, 16:35

Əlövsət Musayevdən, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Ali Baş Komandan.

Biz cəlilabadlılar Sizinlə fəxr edirik. Siz biz şəhid ailələrinə çox böyük qayğı göstərir, diqqət yetirirsiniz. Biz bundan çox razıyıq.

Sizin məqsədyönlü siyasətiniz və böyük işləriniz hesabına Azərbaycan gündən-günə inkişaf edir, yüksəlir. Azərbaycanın hər bir guşəsi kimi, Cəlilabad rayonunda da abadlıq işləri davam etdirilir.

Hörmətli cənab Prezident, xalqımızın rifahı, xoş güzəranı naminə gördüyünüz bütün işləri bəyənir, dəstəkləyir və Sizə təşəkkürümüzü bildiririk. Gələcək işlərinizdə də Sizə uğurlar arzu edirik.

Hörmətlə,

Əlövsət Musayev

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.