09 fevral 2023, 19:00

Elmira Əliyevadan, Göyçay, Azərbaycan

Əziz və çox hörmətli cənab Prezident.

Vətəndaşların rifahının yüksəldilməsi hər zaman Sizin diqqət mərkəzinizdə olub. Pandemiya şəraitinin uzun müddət davam etməsinə, müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq Sizin sayənizdə Azərbaycanda davamlı olaraq sosial sahədə uğurlu siyasət aparılır.

Pensiya və müavinətlərin son illər ərzində davamlı şəkildə artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ən mühüm addımlardandır.

Mən yaşa görə sosial müavinət alıram. Müavinətimin məbləği bu ilin yanvar ayından etibarən artırılmışdır. Bu, Sizin zəhmətinizin, düzgün siyasətinizin nəticəsidir. Vətənimizin Sizin kimi qayğıkeş, vətənpərvər oğlu olduğuna görə çox qürurluyam.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyeva Elmira Yusif qızı

Azərbaycan Respublikası, Göyçay rayonu, Kürdşaban kəndi.