10 fevral 2023, 19:05

Teymur Nəsirovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bu gün Azərbaycan genişmiqyaslı inkişaf yoluna qədəm qoyub və əldə olunan nailiyyətlər, fəth edilən zirvələr insanlarda heyranlıq yaradır.

Sizin müstəqil Azərbaycan dövlətinin yüksəlməsi, daha da möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi yolunda göstərdiyiniz xidmətləri, fədakarlıqları, mübarizliyi ifadə etməyə sözlər belə yetərsizdir.

Azərbaycanın hər qarışında olduğu kimi Cəlilabadın da abadlaşmasında və inkişaf etməsində Sizin xidmətləriniz əvəzsizdir. Cəlilabad sakinləri də Sizin xidmətlərinizə böyük qiymət verərək qarşıya qoyduğunuz vəzifələri uğurla yerinə yetirmək və daha böyük nailiyyətlər qazanmaq üçün bütün qüvvələrini sərf edirlər.

Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə, o cümlədən Cəlilabadda həyata keçirilən tədbirlərə, aparılan islahatlara görə rayonumuzun bütün sakinləri adından təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz cəlilabadlılar Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Nəsirov Teymur İsgəndər oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sarxanlı kəndi.