08 sentyabr 2012, 16:15

Qəşəm Hacıyevdən, Göygöl, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Səkkiz il əvvəl zabitimiz Ramil Səfərovun Macarıstanın Budapeşt Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum olunması xəbəri bizi nə qədər kədərləndirmişdisə, onun Azərbaycana gətirilərək Sizin Sərəncamınızla əfv olunması bir o qədər sevindirmişdir. Biz inanırdıq ki, Siz qeyrətli Vətən övladının ekstradisiyası məsələsini daim nəzarətdə saxlamısınız. Şükür Allaha ki, səyləriniz öz nəticəsini verdi. İndi Ramil nəinki Azərbaycandadır, həm də azadlıqdadır. Bu böyük uğurdur. Sizin uğurların isə sayı-hesabı yoxdur. Sözünüz həmişə kəsərli, nüfuzunuz daim yüksək olsun, cənab Prezident!

Hörmətlə,

Hacıyev Qəşəm Şaxı oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu.