Fuad Ağayevdən, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Ramil Səfərovun azadlığa buraxılması haqqında atdığınız humanist addıma görə Sizə ürəkdən minnətdarlıq edirik. Bu ədalətli qərarınız bizi sevindirdiyi kimi Azərbaycanı istəməyənlərin qanını qaraltmışdır. Yenə də haqq işinizə ikili standartlardan yanaşanlar vardır. Ermənilər yüzlərlə insanın qanını tökən terrorçuları müdafiə edir, azadlığa buraxır, onlara heç kimi heç nə demir. İndi Ermənistanda hakimiyyətdə olanların böyük əksəriyyəti cinayətkarlardır. Dünya buna da göz yumur. Amma, Vətəninin, dövlətinin şərəfini qoruyan Azərbaycanlı zabitin əfv olunmasına etiraz edənlər tapılır. Qoy nə deyirlər desinlər, cənab Prezident, Sizin işiniz haqq işidir, ədalətin bərpasıdır. Biz Sizə haqqın, ədalətin bərpası uğrunda yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Ağayev Fuad Əjdər oğlu,
Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Masallı rayonu, Təzəkənd kəndi.