11 fevral 2023, 11:30

Cavidan Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparırsınız. Hərtərəfli fəaliyyətiniz ölkənin dinamik inkişafına, sürətlə modernləşməsinə, dünyada nüfuz və söz sahibinə çevrilməsinə hədəflənib.

Beynəlxalq kürsülərdə inamlı, cəsarətli, məntiqi çıxışlarınız ürəyimizi qürurla doldurur. Buna görə də təkcə ölkəmizdə deyil, bütün dünyada, hətta qlobal böhranlardan çıxış yolları axtarışında Sizin fikrinizə, rəyinizə hörmətlə yanaşılır.

Var olun cənab Prezident, Allah xalqımızın Sizə olan böyük sevgisini daha da artırsın. Sizə olan ehtiram, sevgi, minnətdarlıq hisslərini ifadə etməyə çətinlik çəkirəm.

Siz qüdrətli ölkənin qətiyyətli liderisiniz.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Babayev Cavidan Əbdülağa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.