10 fevral 2023, 16:49
Əli Dəmirdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanda yaşayan bir Türkiyə vətəndaşı olaraq, Sizə və əziz Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm.
Yaxşı və pis gündə yanımızda olduğunuzu bilmək və bunu hiss etmək misilsiz dərəcədə qürur və güvənvericidir. İnşallah, bu pis günləri birlikdə geridə qoyacağıq.
Allah Türkiyə və Azərbaycan xalqlarını qorusun!
Sevgi və hörmətlə,
Əli Dəmir
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.