11 fevral 2023, 15:40

Şərafət Sadıqovadan, Ucar, Azərbaycan

Əziz və hörmətli cənab Prezident.

Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə, ərazi bütövlüyümüzün bərpasına, ölkəmizdəki əmin-amanlığa görə, qazanılan qələbələr zamanı xalqımızın yaşadığı sevinc hisslərinə görə Sizə minnətdarıq.

Azərbaycan xalqı Sizin kimi qayğıkeş, xalqını, Vətənini dərin məhəbbətlə sevən oğlu olduğuna görə çox şanslıdır.

Mən 3-cü dərəcəli əliləm və sosial müavinət alıram. Vətəndaşların rifahının yüksəldilməsi hər zaman Sizin diqqət mərkəzinizdə olub. Müharibə şəraitindən yeni çıxan ölkə olmasına baxmayaraq, Sizin sayənizdə Azərbaycanda davamlı olaraq sosial sahədə uğurlu siyasət aparılır. Aldığım sosial müavinətin artırılması məni də çox sevindirdi.

Allah Sizi qorusun.

Hörmətlə,

Sadıqova Şərafət Səfər qızı

Azərbaycan Respublikası, Ucar rayonu.