Maya Quliyevadan, Ağdam, Azərbaycan
Əziz Prezidentimiz.
Can Türkiyəmizdə baş verən zəlzələ günlərdir hamımızı yasa boğub. Hava şəraiti, qardaş və bacılarımızın yaşadıqları qorxulu anlar, dağılmış yuvalar - bütün bunlar təəssüf ki, çox ağır bir yaradır. Burdan ora gedə bilməsək də, evsiz-eşiksiz qalmış bacı-qardaşlarımızı yardımsız da qoymadıq.
Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində dövlətimiz hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Zəlzələdən zərər çəkmiş uşaqlı ailələrin, yaşlıların və xəstələrin, habelə digərlərinin gətirilməsi mümkün olarsa öz şəxsi köməyimi əsirgəməyəcəyimi bildirirəm. İnanıram ki, mənim kimisi çoxdur. Bütün ağdamlılar bu işdə hazırdır. Azərbaycana gətirilən ailə olarsa, mənim və şəhid oğlumun evinin qapısı onların üzünə hər zaman açıqdır.
Cənab Prezident, qardaş ölkəyə yardımınıza və köməyinizə görə Sizə minnətdaram.
Hörmətlə,
Quliyeva Maya Məmməd qızı, şəhid anası.
Azərbaycan Respublikası, Ağdam rayonu, Bənövşələr qəsəbəsi.