13 fevral 2023, 15:28

Sərxan Dəmirovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə bütün sahələrdə görülən mühüm işlər, həyata keçirilən islahatlar bir vətəndaş olaraq məndə böyük sevinc və qürur hissi yaradır. Uzaqgörən siyasətiniz sayəsində respublikamız gündən-günə inkişaf edir. Bu gün Azərbaycan güclü bir dövlət olaraq dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Bütün bunlar Sizin yorulmaz səylərinizin nəticəsidir. Gördüyünüz bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Dəmirov Sərxan,

Azərbaycan Respublikası, Goranboy rayonu, Göynüyən kəndi.