Əli Ağaməmmədovdan, Ucar, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətəndaşların rifahının yüksəldilməsi hər zaman Sizin diqqət mərkəzinizdə olub. Pandemiya şəraitinin uzun müddət davam etməsinə, müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq Sizin sayənizdə Azərbaycanda davamlı olaraq sosial sahədə uğurlu siyasət aparılır, 2023-cü ilin yanvar ayından sosial müavinətlərin, təqaüdlərin, əməkhaqlarının artırılması cəmiyyətimizdə sevinclə və minnətdarlıqla qarşılandı.
Pensiya və müavinətlərin son illər ərzində davamlı şəkildə artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ən mühüm addımlardandır.
Cənab Prezident, mən də ünvanlı sosial yardım alan bir şəxs kimi qayğı ilə əhatə olunmuşam. Bu, Sizin vətəndaşlara olan diqqət və qayğınızı göstərir. Vətənimizin Sizin kimi qayğıkeş, vətənpərvər oğlu olduğuna görə çox qürurluyam.
Allah Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Əli Ağaməmmədov
Azərbaycan Respublikası, Ucar rayonu.