14 fevral 2023, 18:10

Natiq Heydərovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

44 günlük Vətən müharibəsi Sizin güclü siyasi iradəniz, qətiyyətiniz sayəsində rəşadətli ordumuzun Qələbəsi ilə başa çatdı. Bu gün doğma Qarabağımızda aparılan bərpa-quruculuq işləri dövlətimizin gücünü göstərir.

Cənab Prezident, Sizin müharibə iştirakçılarına diqqət və qayğınız cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də bir Qarabağ qazisi olaraq bu qayğı ilə əhatə olunmuşam. Üzləşdiyim çətinliklərin aradan qaldırılması üçün etdiyim müraciətlərə dərhal reaksiya verilir. Problemlərimizin operativ həlli biz qazilərdə böyük ruh yüksəkliyi yaradır. Yaradılan şəraitə görə Sizə təşəkkürümü bildirirəm.

Allah Sizi və ordumuzu qorusun.

Hörmətlə,

Natiq Heydərov

Azərbaycan Respublikası, Zərdab rayonu, Alcanlı kənd sakini.