14 fevral 2023, 13:15

Gülşən Ağayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra fəlakət bölgəsinə Sizin göstərişinizlə edilən yardımlar bizi çox qürurlandırdı. Sizinlə fəxr edirik. Siz bir daha sübut etdiniz ki, Türkiyənin yanında Azərbaycan kimi qardaşı var. Xalqlarımızın sevinci də, kədəri də birdir. Bu çətin günlərdə Sizinlə yanaşı, Azərbaycan xalqı da can qardaşlarımızı tək qoymadı. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.

Cənab Prezident, qürur duyuruq ki, Sizin kimi müdrik, vətənpərvər liderimiz var. Allah Sizə həmişə yar olsun.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Gülşən Ağayeva

Azərbaycan Respublikası, Bakı şəhəri.