17 fevral 2023, 19:00
Əli Sultanov və başqalarından, Tərtər, Azərbaycan
Əziz Prezidentimiz.
Sizi Tərtər rayonunun sakinləri adından salamlayırıq. Müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə apardığınız geniş, qlobal layihələrin həyata keçirilməsi işlərində Sizə uğurlar diləyirik. Nə yaxşı ki, varsınız. Nə yaxşı ki, bizim Prezidentimizsiniz.
Yaşadığım Tərtər rayonu Sizin qayğınız altında tamam dəyişib, küçələri abad, gecələri gündüzlərdən işıqlı olub. Rayonumuzda abadlıq-quruculuq işləri hazırda da davam etdirilir. Yeni yaşıllıq zolaqları qurulur, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır.
Əziz Prezidentimiz, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.
Hörmətlə,
Sultanov Əli
Musayev Cavanşir
Quliyeva Atlas
Əliyeva Nahidə
Azərbaycan Respublikası, Tərtər şəhəri.