Kifayət Kərimova və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonu tamam dəyişib, gözəlləşib. Artıq müharibənin dağıntılarından əsər-əlamət qalmayıb. Hər tərəf göz oxşayır, abad və təmizdir.
Biz ümummilli lider Heydər Əliyevin adını daşıyan abad prospektdə yaşayırıq. Tərtərdə vahid su-kanalizasiya sisteminin qurulması əsas problemlərdən birini həll edib. Hazırda təmir və quruculuq işləri davam etdirilir. Köhnə və yararsız bardürlər yenisi ilə əvəz olunur, kommunikasiya xətləri qaydada salınır, müxtəlif ağaclar əkilir, yaşıllıqlar salınır. Hasarlar müasir üslubda aqlay daşla üzlənmiş, küçələr genişləndirilmiş və gecə işıqlandırılması ilə təmin olunmuşdur.
Cənab Prezidentimiz, biz Tərtər sakinlərinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə minnətdarlığımızı bildiririk. Tərtərlilər Sizin siyasətinizi dəstəkləyir və həmişəki kimi Sizin ətrafınızda sıx birləşmişlər.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Kərimova Kifayət
Aslanov Mehman
Məmmədov Vaqif
Məmmədova İlhamə
Hacıyev Famil
Ələkbərov Fazil
Həsənov Vaqif
Azərbaycan Respublikası, Tərtər şəhəri.