17 fevral 2023, 17:20
Veysəl Barkan İpəkdən, Antalya, Türkiyə
Hörmətli cənab Prezident.
Mən bu məktubu Sizə Türkiyədən yazıram, Antalya şəhərində yaşayıram. Türkiyə vətəndaşı olaraq, Azərbaycanı və Sizi çox sevirəm.
Türkiyədə baş vermiş böyük zəlzələ ilə əlaqədar yardım etdiyiniz üçün Sizə və qardaş Azərbaycan xalqına çox təşəkkür edirəm.
Antalyadan Bakıya çoxlu-çoxlu salamlar göndərirəm.
Hörmətlə,
Veysəl Barkan İpək
Tələbə
Türkiyə Respublikası, Antalya şəhəri.