20 fevral 2023, 17:35

Qaraca Qaracayev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında işğaldan azad olunmuş torpaqlarda, eləcə də respublikamızın hər yerində davamlı olaraq quruculuq-abadlıq işləri həyata keçirilir. Bunun tərkib hissəsi olaraq, bizim yaşadığımız Gürgən qəsəbəsində yeni yolun tikintisini, kanalizasiya xətlərinin yenilənməsini, içməli su xətlərinin çəkilməsini, dərman zavodunun tikilərək son tamamlanma işlərinin aparılmasını misal göstərə bilərik.

Cənab Prezident, hörmətli qalib Ali Baş Komandan, respublikamızın çiçəklənməsi, Azərbaycan xalqının rifah halının yüksəlməsi, ordu quruculuğunun ən yüksək səviyyəyə çatdırılması naminə Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyir, böyük minnətdarlıq hissi ilə Sizə təşəkkürümüzü bildiririk. Biz qəsəbə sakinləri Sizin ətrafınızda sıx birləşərək dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə Sizə hər zaman dəstək verməyə hazırıq.

Sizə qəsəbə sakinləri adından təşəkkür edirik.

Hörmətlə,

Qaracayev Qaraca Rəhim oğlu

İsmayıllı Bəxtiyar Ədalət oğlu

Alməmmədov Elçin Xaqani oğlu

Lətifzadə Məhərrəm Vaqif oğlu

Alməmmədov Xaqani Məcid oğlu

Vəliyev Tapdıq Bilal oğlu

Qasımov Mail Kamal oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi.