23 fevral 2023, 17:22

Mirsəlim Ağazadədən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz – ölkə vətəndaşları çox şadıq ki, hazırda Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edir. İqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektorunda dinamik artım nəzərə çarpır. Bu, Sizin uzaqgörənliklə söylədiyiniz "Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edəcək" fikrinin özünü təsdiq etdiyini göstərir. Bütün bu inkişafı, əldə olunan müsbət nəticələri hər bir vətəndaşımız görür.

Cənab Prezident, Siz var olduqca Azərbaycan Bayrağı daim zirvələrdə dalğalanacaqdır.

Hörmətlə,

Mirsəlim Ağazadə

Ehtiyatda olan hərbçi

Azərbaycan Respublikası, Şirvan şəhəri.