28 fevral 2023, 18:25

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası sürətlə inkişaf edir, ildən-ilə güclənir. Sizin uğurlu siyasətiniz Göyçay rayonunun inkişafında da özünü ən yaxşı tərəfdən göstərir.

Ölkəmizdə həyata keçirilən kadr islahatları da öz müsbət nəticələrini verməkdədir. Savadlı və bacarıqlı insanlar dövlət qulluğunda xidmət etmək üçün irəli çəkilirlər.

Əziz Prezidentimiz, savadlı və bacarıqlı insanlara verdiyiniz dəyərə görə Sizə təşəkkür edirəm.

Göyçay rayonundakı inkişafı görərkən qürurlanıram. Bu qürurlu hissi mənə yaşadığınız üçün Sizə xüsusi olaraq minnətdaram.

Çox sağ olun, hörmətli cənab Prezident.

Hörmətlə,

Vüsal Hüseynov

Azərbaycan Respublikası, Göyçay şəhəri.