25 fevral 2023, 12:08
Şərafət Əliyevadan, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz müəllimlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Fevral ayından şamil olunan 10 faiz artım biz müəllimlərə əlavə həvəs verir. Hər zaman Sizin diqqət və qayğınızı üzərimizdə hiss edirik.
Uca Yaradan Sizi və Mehriban xanım Əliyevanı qorusun. Bir azərbaycanlı olaraq hər zaman ətrafınızda sıx birləşmişik.
Sizin uğurunuz bizim uğurumuzdur.
Hörmətlə,
Şərafət Əliyeva
Füzuli rayon 55 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası, Beyləqan şəhəri.