25 fevral 2023, 13:10
Anar Əliyevdən, Füzuli, Azərbaycan
Cənab Prezident.
Təhsil işçilərinin əməkhaqlarının artırılması barədə fevralın 23-də imzaladığınız sərəncam digər təhsil işçiləri kimi məni də fərəhləndirdi. Məlum sərəncam təhsil sahəsində çalışanların sosial rifahının gücləndirilməsinə yönəlmiş növbəti qayğının bariz nümunəsidir.
Hörmətli cənab İlham Əliyev, müəllimlərin, direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşlarının 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasına görə Sizə minnətdarlığımızı bildiririk.
Sizinlə qürur duyur və hər zaman Sizi dəstəkləyirik.
Hörmətlə,
Əliyev Anar Yaqub oğlu
Azərbaycan Respublikası, Füzuli şəhəri.