25 fevral 2023, 15:33
Şəlalə Camalovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin diqqət və qayğınız sayəsində ölkəmiz davamlı inkişaf edir. Bunun hesabına əhalinin həyat səviyyəsi yüksəlir.
Bu məktubu yazmaqla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Siz həmişə biz təhsil işçilərinə diqqət və qayğı göstərmisiniz. Fevralın 23-də imzaladığınız sərəncam bunun bariz nümunəsidir.
Cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycan gündən-günə çiçəklənir. Xalqımızın rifahı naminə görülən işlərə görə Sizə “çox sağ olun” deyirik.
Allah Sizi daim qorusun.
Hörmətlə,
Camalova Şəlalə Qurban qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.