Rasim Xudaverdiyev və başqalarından, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizə apardığınız bu uğurlu siyasətdə daha böyük nailiyyətlər arzulayırıq. Hər birimiz inanırıq ki, məhz Siz Azərbaycanı daha böyük zirvələrə ucaldacaqsınız. Ölkəmizin gündən-günə çiçəklənməsi, iqtisadiyyatımızın inkişafı, əhalinin sosial rifah halının yüksəlməsi məhz Sizin apardığınız düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir.
Respublikamızın hər yerində olduğu kimi Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Belə ki, rayonda parklar qurulur, yaşıllıq zolaqları salınır, yollar, yaşayış sahələri təmir edilir, küçələr işıqlandırılır və digər işlər mərhələli şəkildə həyata keçirilir. Həmin işlər çərçivəsində yaşadığımız Pirallahı qəsəbəsi 40-ci məhəllədə də yenidənqurma işləri aparılır. Məhəlləmizin yol örtüyü yenilənmiş, ağac və gül kolları əkilmiş, bardürlər qoyulmuş, sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün bir neçə yerdə söhbətgahlar quraşdırılmışdır. Uşaqlar üçün futbol meydançasının tikintisi və digər işlər davam etdirilməkdədir. Bu işlərin reallaşması da məhz Sizin sakinlərə göstərdiyiniz diqqət və qayğının təzahürüdür.
Cənab Prezident, çox sağ olun ki, xalqımızın, millətimizin qayğısına qalırsınız. Sizə məhəlləmizin sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Biz hər zaman Sizinləyik.
Allah Sizi və millətimizi qorusun.
Hörmətlə,
Xudaverdiyev Rasim Bəhram oğlu
İsmayılov Rizvan Hidayət oğlu
Bəkirli Məhəmməd Mehman oğlu
Sarıməmmədova Nəziyfə Kazım qızı
Bəkirova Tahirə Hidayət qızı
Abasəliyev Zakir Əzməmməd oğlu
Namazov Elçin Vəkil oğlu
Balakişiyev Fərhad Dövlət oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.