25 fevral 2023, 16:10

Fidan Adıgözəlovadan, Naftalan, Azərbaycan

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Mən şəhid ailəsi olaraq, Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizin tapşırıq və tövsiyələriniz nəticəsində biz şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Sizin uzaqgörən, düşünülmüş, uğurlu siyasətiniz nəticəsində biz qalib ölkənin vətəndaşlarıyıq və bununla qürur duyuruq.

Möhtərəm Prezidentimiz, erməni cəlladlarının 31 il bundan əvvəl Xocalıda törətdiyi dəhşətli qətliamın yaraları illər ötsə də, sağalmayacaq. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu amansız qırğına hüquqi qiymət verildi. Təsəllimiz isə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Bu amansız faciə qurbanlarının ailələrinə bir daha dərin hüznlə başsağlığı verir, faciə qurbanlarına Allahdan rəhmət diləyirəm.

Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Adıgözəlova Fidan Mahmud qızı

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Naftalan şəhəri.