27 fevral 2023, 19:20

Nisə Məmmədovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər zaman xalqımızı düşündüyünüzə, onun mənafeyi naminə yorulmadan çalışdığınıza və məqsədyönlü tədbirlər həyata keçirdiyinizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Biz təhsil işçilərinin də zəhmətini hər zaman dəyərləndirirsiniz.

Allah Sizi və ailənizi qorusun.

Mən bir azərbaycanlı olaraq fəxr edirəm ki, Sizin kimi məğrur, igid, bütün dünyaya örnək ola biləcək bir Prezidentimiz var.

Sizə təşəkkürümüz sonsuzdur, cənab Prezident.

Hörmətlə,

Nisə Məmmədova

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.