28 fevral 2023, 13:40

Təranə Vəliyevadan, Naftalan, Azərbaycan

Cənab Ali Baş Komandan.

Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini çatdırmaqla yaşatdınız, soydaşlarımızın Vətən həsrətinə son qoydunuz.

Xocalı faciəsindən 31 il ötməsinə baxmayaraq, bəşəriyyətə qarşı yönəlmiş bu faciə də digər faciələr kimi unudulmayaraq, tariximizin bir səhifəsi kimi həmişə anılacaq. Uca Allahdan faciə qurbanlarına rəhmət diləyirik.

Cənab Prezident, xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı. Biz naftalanlılar Sizə minnətdarlığımızı bildirir, Sizin siyasətinizi dəstəkləyir və həmişəki kimi Sizin ətrafınızda sıx birləşmişik.

Uca Tanrı Sizə və millətimizə yar olsun.

Hörmətlə,

Vəliyeva Təranə Teymur qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.