08 sentyabr 2012, 17:15

Məlahət Həsənovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Avqustun 31-də aldığımız şad xəbər hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. Azərbaycan Bayrağının şərəfini öz ləyaqəti kimi qoruyan Ramil Səfərovun yenidən öz Vətəninə qaytarılması, hava limanındaca əfv Sərəncamının oxunması Azərbaycan dövlətinin qüdrətini, Sizin humanistliyinizi, müdrik siyasətinizi nümayiş etdirdi.

Sizin bu qətiyyətli addımınız düşmənə vurulan ağır zərbə oldu. Sübut etdiniz ki, Ramil Səfərov kimi qeyrətli zabitimizin arxasında Azərbaycan adlı qüdrətli dövlət və İlham Əliyev kimi yenilməz iradəyə malik Ali Baş Komandan dayanıb. Ramil Səfərov kimi vətənpərvər bir oğlu xalqımıza yenidən qovuşdurduğunuza görə, Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Həsənova Məlahət Nufu qızı.
18 nömrəli tam orta məktəbin müəllimi.