28 fevral 2023, 15:50

Sahimə Vəlişovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Füzuli rayonu 47 nömrəli tam orta məktəbdə direktor işləyirəm. Müəllimlərin maaşlarının artırılması ilə bağlı verdiyiniz sərəncama görə Sizə təşəkkür edirəm.

Bilirik ki, pandemiya, torpaqlarımızın azad edilməsi, bərpası, şəhid ailələrinə qayğı, qazilərimizin müalicəsi, qardaş ölkədə baş verən zəlzələ ilə əlaqədar etdiyiniz kömək - bütün bunlar xeyli maliyyə hesabına həll edilir. Çətinliklərə baxmayaraq, təqaüdləri, maaşları da artırırsınız.

Təşəkkür edirik, cənab Prezident.

Allah Sizi qorusun.

Hörmətlə,

Vəlişova Sahimə Tapdıq qızı

Füzuli rayon 47 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.