Elman Məmmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Bu gün aparılan uğurlu islahatlar, sürətli iqtisadi inkişaf tempi Azərbaycanı Avropanın qabaqcıl ölkələri sırasına çıxarmışdır. Bu, Sizin böyük əməyinizin, misilsiz siyasi fəaliyyətinizin nəticəsidir. Siz Azərbaycan vətəndaşlarının azadlıq, hüquq və mənafelərinin qorunmasında da böyük əzmkarlıq, prinsipiallıq göstərirsiniz. Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və Sərəncamınızla əfv olunması bunun əyani təsdiqidir. Bu, Sizin qətiyyətli, əzmkar mövqeyiniz, böyük siyasi iradəniz və beynəlxalq aləmdəki şəxsi nüfuzunuz sayəsində mümkün olmuşdur.
Azərbaycan xalqının Sizin kimi dövlət başçısı ilə fəxr etməyə böyük mənəvi haqqı vardır.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından dərin hörmətlə,
Elman Məmmədov, rektor.
Azərbaycan Respublikası, Gəncə şəhəri.