Günel Bayramovadan, Bakı, Azərbaycan
Cənab Prezident.
Mən bir gənc Azərbaycan müəllimi olaraq, bizə hər zaman göstərdiyiniz qayğı və diqqət üçün Sizə şəxsən öz təşəkkürümü bildirirəm.
“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” 2023-cü il 23 fevral tarixli Sərəncamınız ümumilikdə təhsil sahəsinə göstərdiyiniz diqqətin növbəti bariz nümunəsidir.
Müəllimlərin əməkhaqlarının qaldırılması ilə bağlı verdiyiniz mötəbər Sərəncam bizi daha həvəslə çalışmağa zövq edir. Ömrünüz uzun olsun.
Hörmətlə,
Bayramova Günel
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.