01 mart 2023, 15:21

Nazim Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz əla strateqsiniz. Beynəlxalq vəziyyəti və cəbhə bölgəsindəki hadisələri düzgün qiymətləndirərək Qarabağ əməliyyatını qısa müddət ərzində parlaq şəkildə həyata keçirdiniz.

Qələbənin memarı, qətiyyətli Sərkərdəsi, Siz Qarabağı azad edərək adınızı tarixə qızıl hərflərlə yazdınız.

Beynəlxalq tədbirlərdə çıxışlarınız qəlbimizi qürurla doldurur. Sizin qalibiyyət iradənizə, qətiyyətinizə və əzmkarlığınıza heyranam.

Allah Sizi qorusun! Amin!

Hörmətlə,

Əliyev Nazim Həsənəli oğlu, sahibkar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.