Azərbaycan Respublikası Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli 678 nömrəli, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 30 mart tarixli 692 nömrəli, “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 721 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında” 1999-cu il 3 yanvar tarixli 60 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 149 nömrəli, “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 188 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

03 mart 2023, 16:18

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 fevral tarixli 678 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 92; 2017, № 3, maddə 353) 6-cı hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

2. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176; 2002, № 8, maddə 478; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2007, № 11, maddə 1117; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 845; 2015, № 5, maddə 541; 2017, № 3, maddə 366, № 12 (I kitab), maddə 2277; 2018, № 12 (I kitab), maddə 2563) 2-ci hissəsinin onuncu abzasında “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

3. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 721 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 382; 2008, № 6, maddə 498; 2018, № 6, maddə 1215) 2.3-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493; 2019, № 1, maddə 96, № 3, maddə 420, № 7, maddə 1228, № 8, maddələr 1402, 1406; 2020, № 5, maddə 561, № 7, maddə 885; 2021, № 4, maddə 316; 2022, № 8, maddə 860) 2.13-cü və 2.22-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350, № 9, maddə 1647; 2019, № 3, maddə 411; 2021, № 2, maddə 123) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissədə “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”nin 4-cü hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

6. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 167; 2002, № 8, maddə 482; 2006, № 9, maddə 743; 2007, № 6, maddə 601; 2019, № 12, maddə 1933; 2021, № 1, maddə 35) 2.5-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844; 2020, № 8, maddə 1037, № 11, maddə 1348; 2022, № 6, maddə 596, № 8, maddə 863; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanı) 2-ci hissəsinin on ikinci abzasında “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

8. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 411; 2004, № 12, maddə 1005; 2017, № 8, maddə 1521; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1930 nömrəli Fərmanı) 2-ci hissəsinin yeddinci abzasında “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80; 2017, № 5, maddə 802; 2019, № 3, maddə 406; 2020, № 4, maddə 397, № 8, maddə 1037; 2022, № 5, maddə 476) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın II bölməsinin 3 – 5-ci, III bölməsinin 4-cü, IV bölməsinin 1-ci, V bölməsinin 3-cü, 4-cü və 6-cı, VI və VII bölmələrinin 4-cü, VIII bölməsinin 1-ci və IX bölməsinin 4-cü hissələrinin “İcraçı təşkilatlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

10. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498; 2001, № 7, maddə 459; 2002, № 8, maddə 487; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459, № 6, maddə 611; 2008, № 3, maddə 170; 2017, № 5, maddə 767; 2018, № 8, maddə 1691; 2020, № 7, maddələr 861, 877; 2021, № 11, maddə 1212) 2.3-cü, 2.6-cı və 2.8-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06