04 mart 2023, 13:40

Ülkər Əsədlidən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanın bir çox ölkəsində əhalinin sosial və iqtisadi çətinliklərlə üzləşməsinə baxmayaraq, Sizin sayənizdə xalqımız sabit, rahat və firavan həyatını qoruyub saxlaya bildi. Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi proqramlar hesabına xalqımızın rifahı daha da yaxşılaşmaqdadır. Bütün bunlar xalqımızın qayğısına qaldığınızın sübutudur.

Cənab Prezident, Siz xalqımızın rahat həyat tərzi sürməsi üçün əlinizdən gələni edirsiniz. Gələcək fəaliyyətinizdə Sizə uğurlar və cansağlığı arzulayıram.

Əminik ki, respublikamız Sizinlə daim inkişaf edəcək və çiçəklənəcək.

Hörmətlə,

Ülkər Əsədli

Azərbaycan Respublikası, Şirvan şəhəri.