08 sentyabr 2012, 17:45
Məmməd Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə gətirilməsi və cəzasının çəkilməmiş hissəsindən azad edilməsi xəbərini eşidəndə çox şad oldum. Buna görə ilk növbədə Sizə minnətdarıq. Biz gənclər fəxr edirik ki, dövlətimizin sükanı arxasında Sizin kimi qətiyyətli, humanist, Vətənini və xalqını dərindən sevən Prezident dayanmışdır. Biz gənclər həmişə Sizinləyik, Sizə inanır, siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Sizin səyləriniz doğma Qarabağımızın da işğaldan azad olunması ilə nəticələnəcəkdir.
Hörmətlə,
Məmmədov Məmməd Vaqif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.