06 mart 2023, 19:30
Tərlan Əsədlidən, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident.
Neft-qaz sahəsində çalışan gənclərə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq.
Sizin rəhbərliyiniz altında ölkəmiz bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də sürətlə inkişaf edir, regionda və dünyada mühüm söz sahibinə çevrilirik. Ölkəmizin regiondakı və dünyadakı nüfuzunun gündən-günə artması bizi çox sevindirir. Biz gənclər fəxr edirik ki, Sizin kimi güclü siyasi liderimiz var.
Əminik ki, respublikamız Sizinlə daim inkişaf edəcək və çiçəklənəcəkdir.
Hörmətlə,
Əsədli Tərlan Qabil oğlu
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.