09 mart 2023, 12:10
Zülfü Quliyevdən, Xocalı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki möhtəşəm çıxışınızı böyük rəğbətlə qarşıladıq.
Məhz Sizin fəaliyyətiniz sayəsində Qoşulmama Hərəkatının nüfuzu və mövqeyi Azərbaycanın sədrliyi dövründə ən yüksək səviyyəyə qalxmışdır. Sizin iki qlobal çağırış bəyan etməyiniz və ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayırmağınız əsl humanistlik və qayğıkeşlik rəmzidir.
Allah Sizi qorusun!
Hörmətlə,
Quliyev Zülfü
Azərbaycan Respublikası, Xocalı şəhəri.