09 mart 2023, 17:29

Davud Qurbanovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin hər bir bölgəsinə göstərdiyiniz diqqət, həyata keçirilən islahatlar xalqımıza qayğınızın sübutudur. Bunlarla yanaşı, Vətən müharibəsinin iştirakçılarına veteran statusunun verilməsinə və onların medallarla təltif olunmasına görə Sizə Vətən müharibəsinin bütün veteranları və şəxsən öz adımdan təşəkkür edirəm.

Cənab Prezidentimiz, daimi diqqətinizin bütün Azərbaycan üzərində olduğunu bilirik.

Allahdan Sizə və ailənizə cansağlığı, işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Qurbanov Davud Vahid oğlu,

Vətən müharibəsi veteranı, ehtiyatda olan hərbçi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.