08 sentyabr 2012, 18:40
Ləman Rəhimovadan, Bakı, Azərbaycan
Hörmətli Prezident!
Bu Vətənin bir gənc övladı olaraq Ramil Səfərovu Azərbaycana gətirdiyinizə və əfv etdiyinizə görə Sizə minnətdaram. Xalqımız bu günü gözləyirdi.
Ramil Səfərov kimi mərd oğullarımız olduğuna görə sevinirəm. Bu Vətənə belə oğullar gərəkdir. Ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı nəyə qadirdir. Bizim necə mərd, igid oğullarımız var. Mən Sizin bu hünərinizi alqışlayıram, sevincimdən Sizə yazacağım məktuba ürəyimcə söz tapa bilmirəm. Yəqin ki, məni bağışlayarsınız. Sizə təşəkkür edirəm. Fəxr edirəm ki, mən azərbaycanlıyam və mənim Sizin kimi Prezidentim vardır.
Hörmətlə,
Rəhimova Ləman Kamil qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.