Səkinə Sadıxovadan, Sumqayıt, Azərbaycan
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev!
Prezidentliyiniz dövründə ölkənin hər bir vətəndaşına verdiyiniz dəyər və qiyməti xalqımız həmişə hiss etmiş və buna görə Sizinlə qürur duymuşdur. Bu günlərdə uğurlu siyasətiniz və şəxsi nüfuzunuz sayəsində səbirsizliklə gözlədiyimiz xalqımızın vətənpərvər övladı Ramil Səfərovun ölkəmizə gətirilməsi və onu ömürlük həbs cəzasından azad etməyiniz hamı kimi biz Sumqayıt şəhər tibb işçilərini də sevindirmişdir.
Biz tibb işçiləri inanırıq ki, hər bir azərbaycanlı üçün bu diqqət və qayğınız ölkəmizin inkişafı və gələcəyi ilə bağlı apardığınız uğurlu siyasət və atdığınız addımlar Azərbaycanı ərazi bütövlüyümüz uğrunda mübarizədə qələbəyə daha da yaxınlaşdırır. Qələbəyə gedən bu yolda bütün Azərbaycan vətəndaşları Sizinlə bir yerdədir.
Hörmətlə,
Sadıxova Səkinə, həkim.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri