08 sentyabr 2012, 19:05

İrfan Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Xalqımızın mərd oğlu Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Sərəncamınızla əfv olunmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizə inanaraq, arxalanaraq bu günü səbirsizliklə gözləyirdik. Sizin bu addımınız bütün Azərbaycan xalqı kimi, bizim ailənin də vətənpərvərlik hissini coşdurmuşdur. Biz Sizə inanırıq və güvənirik. Tezliklə Qarabağ üzərində qələbə bayrağımızın ucaldılmasına nail olacağımıza əminik. Biz Sizi növbəti Prezident seçkilərində də dəstəkləyəcəyik. İstəyirik ki, bizim prezidentimiz Siz olasınız. Allah Sizə yar olsun!

Hörmətlə,

Məmmədov İrfan Əli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.